seirler.info
Əshabi-Kəhfdə ziyarətdə
(Sevda İbrahimli)
Qoruyur insanı göy mələkləri
Süzülür sinədən şah sətirləri.
Özünə çağırır göy dənizləri,
Misralar tərtəmiz Tanrı vergisi.
Mənə ilham verdi yer ilə bu göy
Ay sevda birazda sən tanrını öy.
Rəsmini çəkibdir göyün üzündə,
Daşları bitirib yerin köksündə.
Möcüzə əsəri yaradan Allah,
Sənə and verirəm səndə sənallah
İşıqlı nur çilə yollarımızıa,
Daima bərəkət torpağımıza.
04.04.2025
_______________________________________________
Teqlər: Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri