seirler.info
Eşq atəşi
(Elvin Elxanoğlu)
(dodaqdəyməz)
Yarın sözü yar könlünü yaralar,
Yar könlünü yar qırarsa, yar alar.
İstənilən dərdi insan unudar,
Gec sağalar yar açdığı yaralar.
Necə ki söz ağızdadı, sənindi,
Yaxşı düşün, doğru danış sən indi.
İndi həsrət qaldığın o gözəl yar
Xatırlasan, öncələri sənindi.
Doğru deyil, yardan ayrı qala yar,
Yar həsrəti ürəkdə od qalayar.
Eşq, sədaqət üzərində qurulan,
Xəyanətlə dağılacaq qala, yar.
Elxanoğlu, doğru sözün qalandı,
Çoxu yandı eşq oduna, qalandı.
Eşq atəşi yandırdısa ürəyi,
Özü sönsə, közü hər an qalandı.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri