logo

seirler.info

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim


    Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
    İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
    
    Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin,
    Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim?
    
    Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
    Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
    
    Dərdimi aləmdə pünhan tutduğum naçardır,
    Uğrasaydım bir təbibə aşikar etməzmidim?
    
    Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
    Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
    
    Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas,
    Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
    
    Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
    Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?
    
    Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
    Laləzar açsaydı, seyri-laləzar etməzmidim? 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər