logo

seirler.info

Eşq ətvarın müsəlləm eylədi gərdun mana


    Eşq ətvarın müsəlləm eylədi gərdun mana,
    Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana.
    
    Qıldı məndən rəf təklifi-namazi məstlik,
    Saldı ancaq nəşeyi-cami-meyi-gülgun mana.
    
    Bağiban, gər meyl qılman sərvini, məzur tut,
    Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana.
    
    Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq,
    Vəh ki, düşmən çıxdı axır dideyi-pürxun mana.
    
    Olmazam, hər qanda kim olsam, giriftar olmadan,
    Bir bəladır göz, bir afətdir dili-məhzun mana.
    
    Ey Füzuli, navəki-ahimlə aldım intiqam,
    Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana. 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər