seirler.info
Gedək biz olmayan yerə
(Ramiz Rövşən)
Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olayan yerə.
Burda qoyaq özümüzü,
Bu qirişan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl, çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!
___________________________________________
Teqlər: Ramiz Rövşən şeirləri,
Ramiz Rövşən, şeirlər, seirler,
Ramiz Rovsen seirleri, şeir,
gedək biz olmayan yerə, super şeir,
gedek biz olmayan yere, sevgi şeiri,
Ramiz Rövşən gedək biz olmayan yerə
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri