logo

seirler.info

Gedərəm

(Aytəkin Səfərəliyeva)
    
Qırsan da qəlbimi sağ ol söyləyib,
Bir bəndlik şeirə sığıb gedərəm.
Söküb hərf-hərf dilindən sənin
Adım, sanımı yığıb, gedərəm.

Bəxtinin daşına toxunar ayaq,
Edərsən hamıdan eşqini soraq,
Dön düyə yazsan da, hər gün bir varaq,
Yazdığın hər sözü yaxıb gedərəm.

Baxıb yollarıma xəyala dalsan,
Hərdən xatırlayıb, yadına salsan,
Bir qurtum içməyə su deyə alsan,
Süzülüb ovcundan axıb, gedərəm.

Gözümün yaşında avar çəkmisən,
Mənim kədərimdən qübar çəkmisən,
Bizim aramıza divar çəkmisən,
Çəkdiyin divardan baxıb, gedərəm.

Səni yandıran od közümdən düşüb,
Ürəyim taqətdən, dözümdən düşüb,
Olduğun şəhər də gözümdən düşüb,
Sən olan hər yerxən çıxıb gedirəm.

Demək duzsuz olar nankörə çörək,
Heç vaxt cəhənnəmə əkilməz çiçək,
Bir də sənin üçün döyünsə ürək,
Başına dünyanı yıxıb, gedərəm.



  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər