logo

seirler.info

Gələ bilmədim

    (Elvin Elxanoğlu)
    
    Bu dəfə üzrlü hesab et məni,
Bayramdı, hədiyyə verə bilmədim.
Bayramın mübarək olsun, ay anam,
Bu dəfə əlindən öpə bilmədim.

Sənin də bayramın mübarək, bacım,
Bağışla, yanına gələ bilmirəm.
Hər bayram gül alıb gələrdim, amma
Cənnət çox uzaqdı, gələ bilmirəm.

Yoldaşım, ürəyim, canım, sevdiyim,
Sənə əmanətdi bütün hər şeyim.
Vətəndi uğrunda candan keçdiyim,
Onunçün canımdan necə keçməyim?

Nolar, ağlamayın arxamca mənim,
Gözünüzdən axan yaşları silin.
Rəbbim dərgahına aparıb məni,
Sizlərə cənnətdən baxıram, bilin.
    
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər