seirler.info
Gəlmədi
(Zəlimxan Yaqub)
“Anam Qarabağ” deməkdən
dilim oldu dilim-dilim,
Mərd oğullar şəhid oldu,
sağ gedənlər sağ gəlmədi.
Gecə-gündüz qan ağladı,
qəlbim, ruhum, duyğularım,
Necə oldu, ağlamaqdan
gözlərimə ağ gəlmədi.
Yaylaq yetim, oylaq qəmgin,
bulaq küskün, ocaq ölgün,
Qurudu kök, öldü budaq,
bostanıma tağ gəlmədi.
Aylar keçdi, illər ötdü,
saç ağardı, mən qocaldım,
Saraldı gözümün kökü,
mən gözləyən çağ gəlmədi.
Cıdır düzü cıdırsızdı,
binələrim çadırsızdı,
Necə deyim sinəm üstə
dağ üstündən dağ gəlmədi.
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub gəlmədi şeiri,şeir,
gelmedi seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri