logo

seirler.info

Getdi səmimiyyət

    (Nüsrət Kəsəmənli)
    
    Getdi səmimiyyət... Biz yalın qaldıq, 
Apardı üzündən təbəssümləri. 
Hicran doğru oldu, biz yalan olduq, 
Saxtalıq araya girəndən bəri... 

Barı öz sözünü ürək dedimi, 
Danış, bu soyuqluq nədəndir, bilim. 
Üzündə üç xal var üç nöqtə kimi 
Yarımçıq cümləyə bənzəmə, gülüm. 

Getdi səmimiyyət, getdi aradan, 
Əridi, yox oldu uzaqlar kimi... 
Baxıram üzünə... hirsli, anadan 
Təbəssüm gözləyən uşaqlar kimi...

Hələ paslanmayıb xatirələr də, 
Hələ qəlbimizdə isti var bir az. 
Bir nəğmə səslənir hey pərdə-pərdə: 
"Getdi... o günlərə daha gün çatmaz!" 

Qəlbimə yamanca dolub şübhələr, 
Heç belə deyildim, nə oldu mənə? 
Ilk bahar yenidən qayıdıb gələr, 
Çiçək - xatirələr qalar çəmənə... 

Bu həsrət bəlkə də ilıq dumandır, 
Sən bir qanadısan, mən bir qanadı. 
Vüsala nə var ki, həsrət yamandır, 
Dözülməz olurmuş qısqanclıq odu.

Getdi səmimiyyət, getdi aradan, 
Əridi, yox oldu uzaqlar kimi... 
Baxıram üzünə... hirsli, anadan 
Təbəssüm gözləyən uşaqlar kimi...



_________________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
Nusret Kesemenli, seirler, super şeir, 
Nusret Kesemenli seirleri, şeir,
getdi səmimiyyət şeiri, sevgi şeirləri,
getdi sememeyyet seiri, ayrılıq şeirləri,
Nüsrət Kəsəmənli getdi səmimiyyət 
 

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər