logo

seirler.info

Məni vəslindən uzaq eylə gülüm dərdə gətir

    
    Məni vəslindən uzaq eylə gülüm dərdə gətir,
Cehizinlə qəmi bir yerdə bərabərdə gətir.

Zahida, yarımın eşqində gedib imanım,
Mənfi fikrin var isə xəllaqa minbərdə gətir.

Mən ki nəfsiylə cihad eyləmiş ali bəşərəm,
Cəngimə, müşkül olar, mən kimi sərkərdə gətir.

Rəbbi ruhum hələ ki göylərə pərvaz etmir,
Nə bəla nameyi-əmalidə var yerdə gətir.

Səni əğyar(i)dən aldım nə peşimansan axı,
Yaz şikayət dolu bir naməni məhşərdə gətir.

Sənin eşqinlə qəzəl yazmağa gəlmiş təb'im,
Geri bir-bir hamısın yaz mənə dəftərdə gətir.

Çoxu cəhd eylədi İman qələmin qoydu yerə,
Sanki daş üstə yuyurlar cəsədin, pərdə gətir.


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər