logo

seirler.info

Aləmdə bu gün əhdi bütün yar ələ girməz


    Aləmdə bu gün əhdi bütün yar ələ girməz,
    Yandırdı tikən bağrımı, gülzar ələ girməz.
    
    Ey xəstə könül, gör nə derəm, məndən eşit pənd,
    Dildarə həris olma ki, dildar ələ girməz.
    
    Naqis məhək oldu, qamunun qəlbi dəğəldir,
    Bir sikkə dürüst, aricə dinar ələ girməz.
    
    Timarə könül verməgil, ey sayru, həkim ol,
    Dərmanını dərd eylə ki, timar ələ girməz.
    
    Ey aşiq, anın zülfünə yapış bu cahanda,
    Bir ancalıyın dilbəri-əyyar ələ girməz.
    
    Çün qəm yeyirəm qəm degil, ey aşiq, əgər kim,
    Qəm yürəgə kar eylədi, qəmxar ələ girməz.
    
    Gəl çöhrəsinin şəm’inə pərvanə kimi yan,
    Anın kimi can yandırıcı nar ələ girməz.
    
    Səyyarə kimi seyr edərəm daim anınla,
    Şol seyr edici kovkəbi-səyyar ələ girməz.
    
    Musa kimi gər aşiq isən, könlünü arıt,
    Saf olmayacaq ayinə, didar ələ girməz.
    
    Ey axirətin darinə aşiq, bu səradən
    Keç kim, bu keçər ərsədə şol dar ələ girməz.
    
    Əlfazi-Nəsimi bu gün ol mö’cüzədir kim,
    Bənzər ana bir lö’löi-şəhvar ələ girməz.
  
  

    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi, qəzəllər, qezeller,
    İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
    ələ girməz qəzəli, nəsimi ele girmez qəzəli
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər