seirler.info
Gözüm aydın, gözümə surəti canan görünür
(Nizami Gəncəvi)
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”
_____________________________________
Teqlər: Nizami Gəncəvi şeirləri və qəzəlləri ,
Nizami Gəncəvi şeirləri, qəzəllər,
Nizami Gencevi qəzəlləri, qəzəl,
Nizami Gencevi seirleri, qezel,
Nİzami Gəncəvi görünür qəzəli,
gorunur qezeli, sənsiz qəzəli,
klassiklər, klassik ədəbiyyat
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri