logo

seirler.info

Gözəlim

    (Elvin Elxanoğlu)
    
    Yox gözəllikdə bu dünyadə sənə tay, gözəlim,
    Gözlərindən götürür nuru günəş, ay, gözəlim.

    Hüsnünün vəsfi üçün aciz olur misralar,
    Eyləmərsən məni sən aləmə rüsvay, gözəlim.

    O cəmalın məni sərməst eləyib, ey dilbər,
    Yox əlacım, deyəsən, dözməliyəm day, gözəlim.

    İçmişəm badeyi-eşq, firqətə yox təbu-təvan,
    Qışdan al ömrümü, gəl eylə bahar, yay, gözəlim.

    İstərəm vəslinə yetmək həmin ol dildarın,
    Gər nəsib etsə Xuda, ömrümə bir pay, gözəlim.

    Elvinəm, eşqimi hər ləhzədə izhar etdim,
    Sən təbib ol, məni bimarə misal say, gözəlim.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər