logo

seirler.info

Gözəllik alınıb satılan zaman

    (Nəbi Xəzri)
    
    Sevgilər itirib zərurətini,
Içilən andlarda həqiqət deyil!
Müəllim tələbə bekarətini,
Dollara alırsa fəlakət deyil?

Kimsə güdür ciblər səxavətini,
Onu düşündürən məhəbbət deyil!
Nazir katibənin od şəhvətini,
Zorla söndürürsə cəsarət deyil!

Dubaya satılan nadir gözəllər,
Məgər ki,dünyada rəzalət deyil?!
Zərif bədənləri didən cod əllər,
Tanrı qarşısında cinayət deyil?

Çirkin girdablarda boğulur insan,
Onun köməyinə sən yetmə,Allah!
Sevgilər alınıb satılan zaman,
Belə günahları əfv etmə,Allah!



______________________________________________
Teqlər:  Nəbi Xəzri şeirləri, 
Nəbi Xəzri gözəllik alınıb satılan zaman şeiri,
gozellik alinib satilan zaman seiri nebi xezri,
sevgilər itirib zərurətini,nebi xezri seirleri, 
şeirlər, seirler

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər