logo

seirler.info

Gözəl bir ömür

Tarixin Səhnəsində Heydər Əliyev...
(Sevda İbrahimli)

    
Bir ömür yaşandı şanla, şöhrətlə,
Əsrə bərabərdi hər an, hər nəfəs.
Tarixə möhürdür o müdrik zəka,
Millətin yaddaşı, ulu bir həvəs.

Səhnəyə çıxdığın ilk gündən belə,
Ümidlə döyündü Azərbaycanım.
Sənin iradənlə, sənin sözünlə
Bu xalqım oyandı, dirçəldi canım.

Əlində tutdun sən haqqın çırağın,
Sönməyə qoymadın odumuzu sən.
Vətənin adını müdam daşıyıb,
Əbədi yaşatdın ruhumuzu sən.

Bir ömür keçirdin xalqın içində,
Qürurun, güvənin dayaqdır bizə.
Sənin əməllərin, sənin izlərin
Qaldı tarixlərdə nurlu üz ilə.

Heydər adı çəkiləndə ucalır
Azərbaycan torğında səs salır.
Vətənə həsr olmuş gözəl bir ömür,
Əbədi yaşayır daima sönmür.

10.04.2025


  
_______________________________________________
Teqlər:
Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər