seirler.info
Gözlər
(Rəşad Azəri)
Qəlblərin aynası, qəlblərin nuru,
Aynatək görünən, bulaqdan duru.
Qoru bədnəzərdən, naqisdən qoru,
Zülmətə, işığa alışan gözlər...
Sevgi də, nifrət də ona bağlıdır,
Onunla bu həyat xoşbəxt çağlıdır.
Onsuz dünya zülmət, hər yer bağlıdır,
Acı həqiqətlə barışan gözlər...
Ədalətdən qaçaq, düzlükdən qaçar,
Fitnəyə, fəsada daim yol açar.
Cəhənnəm oduna işıq, nur saçar
Haqqı nahaq görən, çalışan gözlər...
Bir həyat ümidi yaşar yağışda,
Bir sevən ürək var, enən yoxuşda.
Bu məsum baxışda, bu saf baxışda,
Sevgini qəlblərdən soruşan gözlər...
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri