logo

seirler.info

Gözlərinə

    (Əliağa Vahid)
    
    İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim , aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.
 


_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
gözlərinə qəzəli,qəzəl, Əliağa Vahid gözlərinə qəzəli, Eliaga Vahid,gozlerine qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər