seirler.info
Şəhid leytenant Hafis Qasımov
(Elvin Elxanoğlu)
Hafis Qasımovdan danışım sizə,
Allah rəhmət etsin şəhidimizə.
Hər tərəfdə tanınır adı-sanıyla,
Naxçıvan fəxr edir qəhrəmanıyla.
Camaldın kəndində dünyaya gəlib,
Hamı tərəfindən o çox sevilib.
Hərbiyə həvəsi var idi deyə,
Məktəbdən getmişdi hərbi liseyə.
Bütün müəllimlər sevirdi onu,
Hər kəs vətənpərvər bilirdi onu.
Vətəni canından çox istəyirdi.
Vətənə fədadı canım – deyirdi.
Ali məktəbi də başa vuraraq
Başladı xidmətə zabit olaraq.
Seçilirdi nizam-intizamında,
Qazandı hörməti qısa zamanda.
Heç vaxt unudulmaz, qalacaq yadda,
İştirak etmişdi hərbi paradda.
Xidmətdə hər zaman o örnək oldu,
Yüksək medallarla təltif olundu.
Vətən müharibəsi başlayan zaman
Yollandı cəbhəyə heç dayanmadan.
Dedi ki – Vətənim səsləyir məni,
Dostlarım səngərdə gözləyir məni.
Döyüşdü Cəbrayıl, həm Füzulidə,
Şücaət göstərdi Xudafərində.
Füzuli uğrunda döyüşən zaman
Şəhadət andını içdi qəhrəman.
Qovuldu düşmənlər ana vətəndən,
Füzuli, Cəbrayıl, həm Kəlbəcərdən.
Çəkilən zəhmətlər hədər olmadı,
Şəhidlərin qanı yerdə qalmadı!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri