seirler.info
Hələ bu harasıdır
(Nüsrət Kəsəmənli)
Ayrılıq hicran deyil,
Qəlbinin yarasıdır,
Əyil, qarşımda əyil,
Hələ bu harasıdır.
Qəlbini sıxacağam,
Zəng edib susacağam,
Evini yıxacağam,
Hələ bu harasıdır.
Görəndə güləcəyəm,
Yuxuna gələcəyəm,
Hər cür dərd verəcəyəm,
Hələ bu harasıdır.
Getməz gözünün nəmi,
Göz yaşın boğar səni.
Həsrət yandırar səni,
Hələ bu harasıdır.
Yollarda qalacaqsan,
Saralıb solacaqsan.
Od tutub yanacaqsan,
Hələ bu harasıdır.
Gözün yolda qalacaq,
Hey boşalıb, dolacaq,
Gör bir nələr olacaq,
Hələ bu harasıdır...
_________________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nüsrət Kəsəmənli hələ bu harasıdır,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
hələ bu harasıdır şeiri,
hele bu harasidir,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri