seirler.info
Bu həqiqətdir ki...
(Cəfər Cabbarlı)
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:
Sarsıdar əflakı birlik, ittifaqın qüvvəti.
İttihad ərbabinə aləm müti olmuş müdam,
Müttəhim bir millətin daim ucalmış şöhrəti.
Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,
İttihadın qüvveyi-əzmi hər asan eyləməz.
Partlasın odlar, alovlar, ildırımlar, şölələr,
İttihadın odu qəlbi zərrə suzan eyləməz.
Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,
Puç olar gər ittihadın tiği etsə ictihad.
Arkadaşlar, varlığın millət istərsə saxlasın,
Əlbəəl versin də, etsin ittihadi-ittihad.
______________________________________________
Teqlər: Cəfər Cabbarlı şeirləri ,
Cəfər Cabbarlı bu həqiqətdir ki şeiri , şeirlər ,
Cəfər Cabbarlı qezelleri , qəzəl , qezel , şeir
seir , seirler , bu heqiqetdir ki
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri