logo

seirler.info

Hərbçi olmaq

    (Elvin Elxanoğlu)
    
    Hər kəs yatan zaman o oyaq qalır,
    Düşmənin canına vahimə salır.
    Şəhidlərə görə intiqam alır,
    Mübariz olmaqdı hərbçi olmaq.

    Yolu şərəflidi, ucadı başı,
    Qardaşdan yaxındı hər silahdaşı.
    Düşmən əl uzatsa, əzilər başı,
    Vətəni sevməkdi hərbçi olmaq.

    “Hər şey vətən üçün” olub şüarı,
    Həmişə qətidi onun qərarı.
    Azərbaycan adlı doğma diyarı
    Daim qorumaqdı hərbçi olmaq.

    İşğalla barışmaz heç vaxt, heç zaman,
    Apreldə düşmənə vermədi aman.
    Bu gün Qarabağda dastanlar yazan
    Qəhrəman olmaqdı hərbçi olmaq.
    
    Vətən anamızdı, qoruyaq gərək,
    Gecə də, gündüz də keşik çəkərək.
    Torpağı canından üstün bilərək
    Canından keçməkdi hərbçi olmaq.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər