logo

seirler.info

Bir yol ayrıcına bənzəyir həyat

    (Nəriman Həsənzadə)

    Bir yol ayrıcına bənzəyir həyat,
    Yaramaz həyatın üstündə əsmək.
    Cəsarət istəyir, bir də ehtiyat,
    Nə ləngimək olar, nə də tələsmək.
    
    Ehtiyat elədim orda ki, bir vaxt,
    Cəsarət hər şeyə, məncə, dəyərdi.
    Cəsarət göstərdim orda ki, ancaq,
    Adi bir ehtiyat bəs eləyərdi.
    
    Bu dünya qəribə bir əyləncədir,
    Dünya sərt, mən bəzən uşaqxasiyyət.
    Yaşadım, bilmədim bu dünya nədir,
    Bilmədim, dünyada nədir səadət.
    
    Kədərim dünyanın vecinə deyil,
    Sevincim necə bəs, düşürmü yada?
    Bəlkə dünya üçün, bu – heç nə deyil,
    Nə qədər sevinc var, qəm var dünyada.
    
    Dünya sərgisində göründüm, yetər,
    Həqiqət dedim mən ”yalan dünya”ya,
    Dünyanı əyləncə hesab edənlər,
    Əylənib baxsınlar bir an dünyaya.



    ______________________________________________
    Teqlər: Nəriman Həsənzadə şeirləri, 
    Nəriman Həsənzadə Bir yol ayrıcına bənzəyir həyat şeiri,
    bir yol ayricina benzeyir heyat seiri neriman hesenzade,
    şeirlər,neriman hesenzade seirleri,şeir,
    həyat şeiri nəriman həsənzadə,seir
    
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər