logo

seirler.info

ALLAHVERDİ İGİDİN ADI

    (Sevda İbrahimli)

    Şəhid Komandir Allahverdi Bağırov
    (Doğum günün mübarək, igid!)
            
    Dağlar səssiz qalır adın çəkəndə,
    Qəhrəmanlıqların Xocalı kənddə.
    Bir əlində bayraq, bir əlində can,
    Sənin kimi oğul, yurdumda dastan.
    
    Minlərlə insanı xilas eylədin,
    Sən yanan alovun odun içindən.
    Ürəyində mərdlik qorxmaz heçnədən,
    Sən içdin şəhadət adlı çeşmədən.
    Komandir deyildin, sən ata, qardaş,
    Sənin yolun işıq, şəhidə yoldaş.
    
    Üzün gülər, baxışların bir qərar,
    Vətənə sevdalı hər an addımlar.
    Səngərdə sözün var təkcə silah yox,
    Sözlərin gülləydi, düşmənə bir ox.
    
    Qarabağın bağrında yanan çıraq,
    Adınla yaşayır, müqəddəs torpaq.
    Doğum günün bu gün, səma da səssiz,
    Dualar yüksəlir, səcdəyə şərhsiz...!
    
    22.04.2025


  
_______________________________________________
Teqlər:
Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər