logo

seirler.info

İqar Zeynallı haqqında şeir

    (Elvin Elxanoğlu)
    
    İlqar Zeynallıdan gəlin danışaq,
    Əziz şəhidləri biz unutmayaq.
    O Cəlilli kəndinin ad-sanıdı,
    Tovuz rayonunun qəhrəmanıdı.

    Cəlilli kəndində məktəbə gedib,
    Sonra da həkimlik yolunu seçib.
    Hərbi həkimliyi seçibdi özü,
    Bütün müəllimlərin gözüydü, gözü.

    Hər yerdə qazanıb öz hörmətini,
    Ləyaqətlə edib o xidmətini.
    O döyüşüb Aprel döyüşlərində,
    Vətənin ən ağır, çətin günündə.

    Döyüşdə xüsusi yeri varıydı,
    İlqar yoldaşların xilaskarıydı.
    Harda yaralı var, qaçırdı ora,
    Yardım eyləyirdi yaralılara.

    Çalışdı həm gündüz, həm də gecələr,
    Yox idi gözündə qorxudan əsər.
    Ən çətin yerlərə gedib girirdi,
    Ordan yaralını xilas edirdi.
  
    Tovuz döyüşləri başlayan zaman
    Cəbhəyə yollandı heç dayanmadan.
    Hətta məzuniyyətdən imtina etdi,
    Döyüşdə iştirak etməyə getdi.

    Polad Həşimovla çiyin-çiyinə
    O da qalxdı şəhidlik zirvəsinə.
    Tökülən o qanlar hədər olmadı,
    Şəhidlərin qanı yerdə qalmadı.
    
    İyulda dünyaya gələn qəhrəman,
    Elə iyulda da köçdü dünyadan.
    Yaddaşlarda qaldın gülər üzünlə,
    Hər bir kəs fəxr edir bu gün sizinlə!
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər