seirler.info
İrəvanda xal qalmadı
(Nüsrət Kəsəmənli)
İrəvanda xal qalmadı,
Xal-xal oldu bağım mənim.
Ağrı dağdan ağır gələr
Ürəyimdə ağrım mənim...
Məscidləri uçurdular,
Dikəldi qara kilsələr.
O torpağım kökü üstə
Yaradı, yara kilsələr,
Oyaq bir nisgil görərlər
Qəlbimi yara bilsələr:
İgid qartallar yurduna
Qarğa-quzğunlar doldu ki,
İrəvanda xal qalmadı,
İrəvanda nə qaldı ki?!
Sazda "İrəvan çuxuru",
Sazda qalıb "Göycə gülü".
Yazı babamın yazıdı,
Yazda qalıb Göycə gülü,
Nərgizləri yetim kimi,
Bənövşələri bükülü:
Torpaq! Torpaq! - deyə-deyə
Lalə bağrım xal saldı ki,
İrəvanda xal qalmadı,
İrəvanda nə qaldı ki?!
Göyçə adım uçub getdi,
Sevan düşdü yerinə.
İgidlərim atdan düşdü,
Dövran yetişdi birinə.
Yurdsuz qalıb sürünənə
Torpaq gərəkdir bürünə:
Torpaq! Torpaq! - deyə-deyə
Neçə ömürlər soldu kı,
İrəvanda xal qalmadı,
İrəvanda kim qaldı ki?!
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
İrəvanda xal qalmadı şeiri ,
irevanda xal qalmadi ,
Nüsrət Kəsəmənli irəvanda xal qalmadı ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri