logo

seirler.info

İstər

    (Elvin Elxanoğlu)
    
    Aşiq olan hər dəm güli-xəndanını istər,
    Məst olduğu o sərvi-xuramanını istər.

    Min məhvəş-dilbər ola gər ruyi-zəmində,
    Eşq əhli yenə öz məhi-tabanını istər.

    Yandınsa əgər eşq oduna, ey dili-qafil,
    Səndən geriyə qalsın, o büryanını istər.

    Tök zülfünü, gəl ruyinə qoy şuridə qalsın,
    Aşiq sənin o zülfü-pərişanını istər.

    Bənd olmuşam o şiveyi-rəftarına, ey gül,
    Şeyda olan ol yari-güləzbanını istər.

    Qəbul edə bilməm, verələr külli-cahanı,
    Elvin o ləbi-ləli-dürəfşanını istər.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər