seirler.info
Könlümə
(Aytəkin Səfərəliyeva)
Gəl - getlər bir zərrə məni yormadı,
Sevdan külək oldu mehi vurmadı,
Bir dənə ağıllı yaxın durmadı,
Mənim bu binəva dəli könlümə.
Məhəbbət ağlımı şövq etti meyə
Hicran şəkər dadmaz tonla bal yeyə
İçimə-İçimə ağladım deyə
Axdı həsrətinin seli könlümə .
Mən nə arzuladım, qismət nə oldu,
Əkdiyim çiçəklər baharda soldu,
Küləklər sevdanın saçını yoldu,
İlişdi kədərin teli könlümə.
Kədərə həmişə buyur, var dedi,
Solmuş arzulara gülüzar dedi,
Mən nə vaxt can desəm, zəhrimar dedi,
Toxundu bəxtinin dili könlümə .
Mən eşqə söz verib, söz tutan zaman
Yolumu , izimi düz tutan zaman
Mən sənin qapına üz tutan zaman
Dəydi ayrılığın əli könlümə.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri