logo

seirler.info

Laçın

    (Elvin Elxanoğlu)
    
    Şükür, ulu Tanrım, bu günü gördük,
    Qartalın yarası indi sağaldı.
    Xoş gəldin, Laçınım, xoş gördük səni,
    Sənsiz günlərimiz geridə qaldı.

    İllərin həsrəti bitdi sonunda,
    Bu gündən qartalım qanadlanacaq.
    Nəhayət, Laçının səmalarında
    Üçrəngli bayrağım dalğalanacaq.

    Bilirəm, illərdi əzab çəkirsən,
    Sənin yaraların daha dərindi.
    Səni düşmənlərdən azad eyləyən
    O laçın duruşlu igidlərindi.

    Sən odlar yurdunun parçasısan, bil,
    Bu gün yanan alov heç sönməyəcək.
    Yaran sarılacaq, göz yaşını sil,
    Bu vətən heç zaman bölünməyəcək.

    Həsrətin o qədər ağır oldu ki,
    Çoxunun ürəyi buna dözmədi.
    Laçın, sən azadsan, amma əfsus ki,
    Çoxları yaşayıb bunu görmədi.
    
    Gözün aydın olsun, can Azərbaycan,
    Allah rəhmət etsin qoy şəhidlərə.
    Vətənçün keçdilər öz canlarından,
    Zəfəri borcluyuq yalnız sizlərə!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər