seirler.info
Mənim atam qəhrəmandı
(Elvin Elxanoğlu)
Şəhid övladlarına ithafən...
Kim deyir ki, darıxmıram,
Darıxıram atam üçün -
Vətənçün canından keçən
O qəhrəman adam üçün.
Mən bir şəhid övladıyam,
Bütün ölkə bilir onu -
O bir xalq qəhrəmanıdı,
Azərbaycan sevir onu.
Vətən uğrunda döyüşüb,
Vuruşubdu ən qabaqda -
Hər bir şəhid, qazi kimi
Dastan yazıb Qarabağda.
Ölməyib ki, şəhid olub,
O bizi görür bilirəm -
Mənim atam qəhrəmandı,
Mən onunla fəxr edirəm!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri