seirler.info
Alnımda ömrün yazısı
(Musa Yaqub)
Alnımda ömrün yazısı,
Yazanı varsa, mən kiməm?
Taleyimin qışı, yazı,
Xəzanı varsa, mən kiməm?
Ulu göylər həmin-həmin,
Bürc altında mən bir zəmin.
Tərəzidən tərəzimin
Asanı varsa, mən kiməm?
Bir ağ dəvənin belində,
Bir dəli səhra yelində,
Bəxtimin tanrı əlində,
Ovsarı varsa, mən kiməm?
Nə biləndər, nə halıyam,
Olum, ölüm sualıyam.
Açılmış ulduz falıyam
Yozanı varsa, mən kiməm?
______________________________________________
Teqlər: Musa Yaqub şeirləri,
Musa Yaqub alnımda ömrün yazısı şeiri,seirler,
alnimda omrun yazisi seiri musa yaqub,super seirlər,
şeirlər,musa yaqub seirleri,şeir,seir,super şeir,
mən kiməm musa yaqub,musa yaqub seirleri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri