seirler.info
Mən şəhidəm,ölməmişəm...
(Elvin Elxanoğlu)
Mən şəhidəm,ölməmişəm...
Şəhidlər ölməzdir axı,
Ölməmişəm, yaşayıram.
Dönüb vətən torpağına,
Torpağıma qarışmışam,
Sarılaraq bayrağıma,
Bayrağıma qarışmışam.
Mən şəhidəm, ölməmişəm...
Külək olub, qarışmışam
vətənimin havasına...
Cismim köçüb bu həyatdan,
Ruhum hər an sizinlədir,
Şirin bir xəyala dönüb,
Kim ki məni arzulayır,
Tez gəlirəm yuxusuna.
Mən şəhidəm, ölməmişəm...
Şeirlərdə, qəzəllərdə yaşayıram,
Rəsmlərdə,filmlərdə,əsərlərdə yaşayıram.
Xalqımın qəhrəmanıyam,
Heç zaman unudulmuram,
Könüllülərdə yaşayıram.
Mən şəhidəm, ölməmişəm...
Qarabağın dağlarında
çiçək olub açıram mən,
Mən şəhidəm, ölməmişəm,
Günəş kimi,
Vətənimin sabahına,
Parlaq işıq saçiram mən.
Mən şəhidəm, ölməmişəm...
Şəhidliyə ucalmışam,
yerim Cənnət,
Nə olsun ki cismim köçüb bu dünyadan?!
Nə qədər ki var bu millət,
Nə qədər ki var bu dövlət,
Neçə ki, xalq şəhidinə qoyur hörmət,
Demək unudulmamışam,
Mən hər zaman yaşayacam.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri