seirler.info
Biraz möhlət istəyirəm ömürdən
(Nəriman Həsənzadə)
Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
______________________________________________
Teqlər: Nəriman Həsənzadə şeirləri,
Nəriman Həsənzadə biraz möhlət istəyirəm ömürdən şeiri,
biraz mohlet isteyirem omurden seiri neriman hesenzade,
şeirlər,neriman hesenzade seirleri,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri