seirler.info
Narahat duyğudur
(Musa Yaqub)
Narahat duyğudur
daşar durmadan,
Döyəclər daşları çayların suyu.
Ürəyim,
çay kimi ya coş hər zaman,
Ya çaylaq daşıtək
buz olub soyu.
Ya gərək atasan sevinci, qəmi,
Səni də piy basa,
sükunət boğa,
Ya gərək söz üstə
kəhrəba kimi
Əriyib-əriyib
çıxasan yoxa.
Yanmirsa,
közün də kömürdür adı,
Nə torpağa şərik,
nə oda şərik.
Şair ürəyi ki, məşəl olmadı,
Nə o tərəflikdir,
nə bu tərəflik.
______________________________________________
Teqlər: Musa Yaqub şeirləri,
Musa Yaqub narahat duyğudur şeiri,seirler,
narahat duygudur seiri musa yaqub,super seir,
şeirlər,musa yaqub seirleri,şeir,seir,
narahat duyğudur musa yaqub
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri