logo

seirler.info

Naşı olubsa

(Aytəkin Səfərəliyeva)
    
Bu necə sevməkdir, necə sevilmək 
Nəsibi gözümün yaşı olubsa.
Axı məhəbbətin nə günahı var?
Sevib sevilənlər naşı olubsa.

Yatan bəxt nə etsən daha ayılmaz
Hər eşqin şərbəti cana yayılmaz 
Hər ölü, məhəbbət ölü sayılmaz
Məzarı bağrının başı olubsa .

Çox sevgi göylərdən yerə enmədi
Kar oldu, kor oldu, lal tək dinmədi
Böldüyüm hər tikə qəlbə sinmədi,
Yediyim kədərin aşı olubsa.

Titrəyər kamantək könülün simi,
Sevdalar ucalmaz yoxdursa himi,
Birdə sevə bilməz əvvəlki kimi,
Ürək  vicudunun daşı olubsa .

Yoluna daş, qaya yağdırsa həyat,
Matəmə dönərsə qəlbdə toy-büsat,
Mhəbbət içində eyləyər vəfat,
Kədər üzüyünün qaşı olubsa.




  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər