seirler.info
Naxçıvanım
(Xalidə Nuray)
Naxçıvanım, qeyrət qalam,
Doğma, müqəddəs torpağım.
Qərinələr yaddaşısan,
Məğrur, bölünməz oylağım.
Ayna gözlü "Zorbulağın”,
"Əlincən” alınmazqala.
Batabatın havasında,
Könül istər yata, qala.
Əshabi-Kəhf məbəd yerin,
Daşlarından şəfa damar.
Ümidlərlə qovuşanda,
Dərdlilər əlacın tapar.
Mirzə Cəlil hər daşında,
Qopan haqqın sədasıdı.
Məmməd Said Ordubadi,
Nəsrimizin nidasıdı.
Vətəniylə qucaqlaşan,
Cavidin həsrət gözüsən.
Məmməd Araz dühasının,
Şahəsəri, şahsözüsən.
Möminə-Xatun türbəsi,
Hüsnünə bir yaraşıqdı.
Qürbətdə Təbriz elinə,
Şərqdən boylanan işıqdı.
Hər an səni didib-udan,
Düşmənlərə göz dağısan.
Unutmasın düşmənlərin,
Nuh Peyğəmbər ocağısan.
Xalidəyəm, hər an sənin,
Sevgin ilə yaşayıram.
Səndən aldığım qüruru,
Fəxarətlə daşıyıram.
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray Naxçıvanım şeiri,
naxçivanim seiri Xalide Nuray,
xalide nuray seirleri,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri