seirler.info
Ay ürək
(Nəbi Xəzri)
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!
______________________________________________
Teqlər: Nəbi Xəzri şeirləri,
Nəbi Xəzri ay ürək şeiri,
ay urek seiri nebi xezri,
səni sevməyəni sən niyə sevdin,
seirler,sevgi şeirləri,
nebi xezri seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri