seirler.info
Nə dedin bəs
(Əliağa Vahid)
Məndən, könül , o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?
Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?
Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?
Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?
Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?
Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?
Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
nə dedin bəs qəzəli , qəzəl,
Əliağa Vahid nə dedin bəs ,
Eliaga Vahid , ne dedin bes qezeli,
Vahid qəzəllər , super qəzəllər,
Vahidin qəzəlləri , sevgi qezelleri