logo

seirler.info

Nə əcəb

    (Cəfər Cabbarlı)

    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
    
    Nə bir nəfər tapılır bir kəsi edə rəncur;
    Nə bir vahid çalır bir fəqir üçün zənbur;
    Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhur
    Biri birin söyüb olmaz nəzakətindən dur.
    Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Qəztəçi, inteligent, milyoner, ziyalı, filan,
    Kababçı, ləbləbiçi, ortada-arada qalan,
    Qoçu, Hacı, məşədi, molla, kəndli, bəy ilə xan
    Ediblər əhd ki, can söyləyib, eşitsin can.
    Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Ümuri-millətə heç kəs qarışmayırdı əzəl;
    Yox idi bir kişi cəmiyyətə qoyaydı məhəl;
    Odur ki, millət ələ almış idi cami-əcəl,
    Bax, indi səy eləyir hər nə varsa kor və keçəl.
    Özün bu millət içində sınaq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Hamı dilər ki, ola millətin havadan,
    Tutub əlini ola qəm günündə qəmxan,
    Səadətə yetirən milləti-diləfkan.
    ........................................................
    Nədənsə millət içindən məraq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Əzəldə kimsə özünü bu yolda yormaz idi;
    Verəydi milləti can, əl işinə vurmaz idi;
    Məlali-millətə baxmazdı, hal sormaz idi,
    O şəxslər ki, "Nicat'a yaxın da durmaz idi,
    Dəri-nicatı döyüb taqqataq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Xəlayiq indi dilər millətə ola qurban;
    "Nicat"a üzv ola, cəmiyyətə ola qurban;
    Baxanda lap bulara ağıldan çıxır insan.
    Yetər, kömürçü çıxıb ortaya tutub meydan;
    "Nicat"ı küçəbəküçə soraq edir, nə əcəb?
    Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
    
    Yəqin ki, burda bir iş var, nəhan olur bizdən
    Və ya ki, əmri-cibiştan şitab edir bizdən;
    "Nicat"a üzv gəlir Ərdəbil və Təbrizdən.
    Deyilsə, ay Baba, bircə sual edim sizdən:
    Çatan çilenliyə bəxtin smaq edir, nə əcəb?
    Bununla bəlkə üzün millət ağ edir, nə əcəb?
    
    Baxanda yollara, məxluq tappatap yüyürür;
    İki əlin də üzünə dayaq edir, nə əcəb?
    "Nicat" üçün nə isə kəşməkəşdədir məxluq.
    Qəribə, millətimiz ittifaq edir, nə əcəb?
  


    ______________________________________________
    Teqlər:  Cəfər Cabbarlı şeirləri , 
    Cəfər Cabbarlı nə əcəb şeiri,şeirlər,şeir,
    Cəfər Cabbarlı qezelleri,qəzəl,qezel,qezeller,
    cefer cabbarli ne eceb seiri,seirler,nə əcəb qəzəli
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər