logo

seirler.info

Nə vaxt sevdin sən məni?

    (Rəşad Azəri)

    Sevgi cığır, iz deyil,
 Sevgi yanan köz deyil.
 Sevgi quru söz deyil,
 Nə vaxt sevdin sən məni?

 Uydum səntək zalıma,
 Zəhər qatdın balıma.
 Yanmamısan halıma,
 Nə vaxt sevdin sən məni?

 Danışmadın, gülmədin,
 Göz yaşımı silmədin.
 Qədrimi heç bilmədin,
 Nə vaxt sevdin sən məni?

 Ağrı oldun, yaş oldun,
 Ayrılığa baş oldun.
 Soyuq ürək, daş oldun,
 Nə vaxt sevdin sən məni?

 Can deyib söz sormadım,
 Arzu saçın hörmədim.
 Səndən sevgi görmədim,
 Nə vaxt sevdin sən məni?



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər