seirler.info
Neylərəm
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü-təxtü, mülkü-malü, xanimanı neylərəm?
İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin ki, yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən xaliqin dərgahinə,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır: “Ey Nəsimi, sabir ol, qılma fəğan”,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi , qəzəllər , qezeller ,
dilbəra mən səndən ayrı , qezel ,
İmadeddin Nesimi qezelleri , qəzəl ,
neylərəm qəzəli , nəsimi neylerem qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri