logo

seirler.info

Niyə gəlmişdin

    (Elvin Elxanoğlu)
    
    Ay zalım, bir məni başa sal görüm:
    Sən niyə gəlmişdin ömrümə mənim?
    Belə sevgi olmur, məhv etdin axı,
    Bax indi düşdüyüm günümə mənim.

    Səni ilk gördüyüm günümə lənət,
    Sənli günlərimə, ilimə lənət.
    Sevirəm dediyim dilimə lənət,
    Sevdirib salmısan zülmə məni.

    Ömrüm bahar idi, qış gətirmisən,
    Gülən gözlərimə yaş gətirmisən.
    Qəlbimə bir qara daş gətirmisən,
    Gedib tərk etmisən ölümə məni.

    Gedirsən, nəyin var özünlə apar,
    Tələsmə, yaxşı bax, hələ vaxta var.
    Birdən unudarsan, xatirən qalar,
    Sonra görünərsən gözümə mənim.
    
    Sənə yalvarmıram, məni sevəsən,
    Gedişin dönüşü yoxdu, biləsən.
    Gərək fikirləşib qərar verəsən,
    Sonra düşməyəsən izimə mənim.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər