seirler.info
Nöqtə qoymuşam
(Elvin Elxanoğlu)
Bizim sevgimizin qatarı getdi,
Yalan sözlərindən cana doymuşam.
Elə bilmə. yenə sevəcəm səni,
Mən daha sevməyə nöqtə qoymuşam.
Sevgidən küsmüşəm, barışmayacam,
Sönmüşəm, eşqinlə alışmayacam,
Yenidən sevməyə çalışmayacam.
Bitib tükənmişəm, çox yorulmuşam,
Mən daha sevməyə nöqtə qoymuşam.
Fələk həyatımdan illər apardı,
Sevgimi küləklər, yellər apardı,
Ağladım qəlbimi sellər apardı.
Ayrılıq acısın çoxdan duymuşam,
Mən daha sevməyə nöqtə qoymuşam.
Daha xoşbəxtlikdən yazmır qələmim,
Eşqin dəryasında batıbdı gəmim,
Şeirlərdi mənim ürək həmdəmim.
Kədərdən yazan bir şair olmuşam,
Mən daha sevməyə nöqtə qoymuşam.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri