seirler.info
Nur gəlsin
(Rəşad Azəri)
Ustad Yaşar Muradiyə ithafən...
Ağrı gəlsin şeirlərə, sözlərə,
Ağrı gəlsin nəzər olan gözlərə,
Ağrı gəlsin ağrı verən izlərə...
Nəfəsinə avaz gəlsin, şur gəlsin,
Ustadıma şəfa gəlsin, nur gəlsin!
Ağrı görən dağ başından qar istər,
Yanan ürək uman yerdən var istər...
Ustad Yaşar, bəlkə, nazlı yar istər?
Qələmini götür, ilham gur gəlsin,
Ustadıma şəfa gəlsin, nur gəlsin!
Ağrın getsin bu dağlara, daşlara,
Ağrın gertsin uçub gedən quşlara,
Ağrın getsin gözdən axan yaşlara...
Dur ayağa, sağlamlığın dur, gəlsin,
Ustadıma şəfa gəlsin, nur gəlsin!
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri