logo

seirler.info

Olacaq

    (Əliağa Vahid)
    
    Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götürt məscidi zahid , bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
olacaq qəzəli,qəzəl,qəzəllər, Əliağa Vahid olacaq qəzəli, Eliaga Vahid,olacaq qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər