logo

seirler.info

Oldu,yaşandı,bitdi...

    (Elvin Elxanoğlu)
    
    Bir də qayıtmaz geri,
    O günlər daha getdi.
    Bir xatirəydi, gülüm,
    Oldu, yaşandı, bitdi.

    Qınamıram kimsəni,
    Taleyin qismətidi.
    Ayrılmaq çətin deyil,
    Dözülməz həsrətidi.

    Ən gözəl günlərimi
    Yaşamışam səninlə.
    Sənsiz keçən hər günüm
    Bərabərdir bir ilə.

    Hərdən sual edirəm:
    “Niyə ayrı düşmüşük?”
    Bəlkə yalnış zamanda
    Səninlə görüşmüşük?

    İstərəm ki, alimlər
    Yaxşı araşdıralar.
    Bu sevgi dünyasının
    Ayrı bir zamanı var...
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər