logo

seirler.info

Oldum

    (Rəşad Azəri)

    Gözəlliyi göz oxşayır gözündə,
 İstəyirsən alışasan közündə.
 Sevgi dolu qəmzələr var sözündə,
 Bir gözəlin camalına göz oldum.

 Bu nə dərddir, dəvasından xəbər yox,
 Çarəsi yox, şəfasından xəbər yox.
 Qanunu yox, cəzasından xəbər yox,
 Yananların yanğısından köz oldum.

 Oğurladın sevgimi eşq bağımdan,
 Aşiq oldum səni görən çağımdan.
 Gül-çiçəkli, laləzarlı dağımdan
 Gəlib keçən yollarına iz oldum.
 
 Saf eşqimə qucaq açan qol ola,
 Sevgi yolu bənövşədən kol ola.
 Arzuların arzusuna yol olan,
 Ürəkləri ovsunlayan söz oldum.



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər