logo

seirler.info

Olma dedi

    (Əliağa Vahid)
    
    O vəfasız mənə bundan belə yar olma dedi,
Sevmə hər bir gözəli, aşiqi-zar olma dedi.

Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol,
Coşma dərya kimi, xəzri-gilavar olma dedi.

Bu qara zülfdə yüzlərlə əsirim vardır,
Ehtiyat eylə, bu zəncirə düçar olma dedi.

Çəkmə, göz yaşı töküb gözlərimin həsrətini,
Gecə-gündüz bu xəyal ilə xumar olma dedi.

Səni mən sevmirəm, ardımca düşüb yalvarma,
El içində düşün öz qədrini, xar olma dedi.

Vermərəm izn, səri-kuyimə cənnət deyəsən,
Boş təmənna ilə bisəbrü qərar olma, dedi.

Əksi-rüxsarimə aləm olub, heyran, şair,
Sən bu ayinəyə çox baxma, qubar olma dedi.

Vahidəm, mən dedim, ey gül, qocalıq dövrü gəlir,
Eşq zövqündən uzaqlaşma, kənar olma dedi.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
olma dedi qəzəli,qəzəl,qəzəllər, Əliağa Vahid olma dedi,qəzəl, Eliaga Vahid,olma dedi qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər