logo

seirler.info

Olmasa da

    (Əliağa Vahid)
    
    Yanında dilbərimin etibarım olmasa da,
    Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
    
    Bədəndə yarı canım qalmayıb, gedib yarım ,
    Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.
    
    Günüm ki, tar olub o zülf əlindən, ey tari,
    Tərənnüm eylə, səni tari, tarım olmasa da.
    
    Üzün xəyali bəsimdir behişti – kuyində,
    Yüz il xəyalıma gəlməz, baharım olmasa da.
    
    Ləbinlə məst gözün hər düşəndə xatirimə,
    Şərabə rəğbətim artır, xumarım olmasa da.
    
    Mənim bir ahim ilə şəmlər yanır gecələr,
    Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.
    
    Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
    Mənim o ahu baxışlı şikarım olmasa da.
  


_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
olmasa da qəzəli,qəzəl,qəzəllər, Əliağa Vahid olmasa da qəzəli, Eliaga Vahid,olmasa da qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər