seirler.info
Ölərəm-ölmərəm
(Zəlimxan Yaqub)
Gözəl sözü dilimdən al,
mən ölərəm,
Gözəl sözü əlimdən al,
mən ölərəm.
Gözəl sözü elimdən al,
mən ölərəm,
Söz üstündə yarpaq kimi
əsərəm mən.
Sözə gələn hər bəlanın
qarşısını kəsərəm mən.
Ömrün-günün yollarında,
Söz adlanan zəfər verin
mən ölmərəm.
Günüm doğsun, Ayım yansın
üfüqlərdə,
Sözlərimə nurla dolu
səhər verin.
Arzu verin, ümid verin,
kəsər verin,
Gözəl sözdən, halal sözdən,
doğru sözdən,
Mənə xeyir xəbər verin,
mən ölmərəm,
mən ölmərəm, mən ölmərəm!
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub ölərəm-ölmərəm şeiri,şeir,
olerem-olmerem seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər,seirler
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri