seirler.info
Olmur ki...
(Rəşad Azəri)
Bu həyat gözəldir, həm də şirindir,
Aldığım nəfəsdən doymaq olmur ki...
Yanan ümidləri, yanan dərdləri
Ürəyin başına qoymaq olmur ki...
Kəsəsən dünyadan zalım səsləri,
Dünyadan doymayan ac həvəsləri.
Xain nadanları, xain kəsləri,
Öldürmək olmur ki, döymək olmur ki...
Nə vaxtsa solacaq şahlıq baharı,
Gəl ey insan oğlu,bir düşün barı.
Kimlərə qalacaq bu dünya varı?
Dünyanın malıyla öymək olmur ki...
Tanrı kitabı var, möhrü, qolu var,
Var sağa döngəsi, həm də solu var.
Bir sorğu yolu var, nizam yolu var,
Haqqın düz yolunu əymək olmur ki...
Rəşad Azəridən sözə söz gərək,
Dərdi od tutana yanan köz gərək.
Dərdlərin üzünə baxan göz gərək,
Dünyanın dərdinə dəymək olmur ki...
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri